Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Sabah" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Bura xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. Oyuna biz nəzarət edirdik. Amma hücumda xüsusi nəsə yarada bilmədik.

- Üstün oynasaz da, nəticə olmurBunun səbəbi nədir?
- Bunu demək çətindir. Bu gün oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Çoxlu qol fürsətləri yaratdığımızı deyə bilmərəm. Belə oyunlarda müdafiədə də səhv etməməlisən.

- Futbolçuların keyfiyyəti istənilən səviyyədə deyil?
- Bunu oyunçuların keyfiyyəti ilə bağlamaq istəməzdim. Çünki əvvəlki matçlarda da bu futbolçular oynayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest