06 Oktyabr 2024, 11:37
FUTBOL
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının 7-ci turunun "Aston Villa" ilə oyunundan sonra qovulacağı təqdirdə, onu niderlandlı mütəxəssis Rud van Nistelroy əvəz edəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mirror" paylaşıb.
Bildirilir ki, müvəqqəti baş məşqçi postu ten Haqın 48 yaşlı köməkçisinə həvalə ediləcək. Lakin Van Nistelroy ehtiyat edir ki, onun rəhbərliyi altında "Mançester Yunayted"in qərargahına keçdiyi həmyerlisinə xəyanətdə ittiham oluna bilər.
Qeyd edək ki, İngiltərə çempionatının altı oyunundan sonra Mançester təmsilçisi 7 xal toplayıb və 14-cü yerdədir.