02 Oktyabr 2024, 20:39
FUTBOL
UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turuna start verilib.
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
İstanbulda "Başakşəhər" və "Rapid" komandaları üz-üzə gəlib.Doğma meydanda Avstriya təmsilçisini qəbul edən qardaş ölkə klubu 1:2 hesabı ilə uduzub.
Digər görüşdə Portuqaliyanın "Vitoriya" komandası evdə Sloveniya təmsilçisi "Sele"ni məğlub edib - 3:1.
Qeyd edək ki, Liqa mərhələsində I turun qalan 16 matçı sabah keçiriləcək.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, I tur
2 oktyabr
"Başakşəhər" (Türkiyə) – "Rapid" (Avstriya) - 1:2
Qollar: Piatek, 45+2 // Şaub, 43, 46
"Vitoriya" (Portuqaliya) – "Sele" (Sloveniya) - 3:1
Qollar: Samu, 7, Kunha, 36, Silva, 62 // Matko, 90+2