30 Sentyabr 2024, 15:27
FUTBOL
Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoldaşlıq görüşünü keçirib. Matc.az xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyununda Gürcüstan yığması 4:0 hesabı ilə qalib gəlib.