PSJ Çempionlar Liqasında “Arsenal”la keçiriləcək oyun üçün hücumçu Usman Dembeleni heyətdən kənarlaşdırıb. Matc.az xəbər verir ki, klub daxilində aparılan iclasdan sonra Fransa millisinin üzvü cəzalandırılıb.

Çünki ulduz futbolçu Fransa çempionatında “Renn”lə görüşdən sonra baş məşqçi Luis Enrike ilə mübahisə edib.

Qeyd edək ki, “Arsenal” - PSJ matçı sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest