28 Sentyabr 2024, 10:04
FUTBOL
Voyçex Şesni Mark-Andre ter Ştegenin zədəsi sağalanadək İnaki Penadan sonra "Barselona"nın ikinci qapıçısı olacağı şərtiylə belə, müqavilə imzalamağa razı olub.
Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Matteo Moretto məlumat verib.
Bildirilir ki, polşalı futbolçu Kataloniya klubunun ehtiyat qapıçısı olmağa razılaşsa da, əsas heyətə düşmək üçün yarışmaq niyyətindədir.
Qeyd edək ki, mətbuatda 34 yaşlı qolkipernin bazar ertəsi, sentyabrın 30-da "Barselona" ilə müqavilə imzalayacağı ilə bağlı məlumatlar yayılıb.
Şesni ikinci qapıçı olmağa razılaşdı