27 Sentyabr 2024, 17:30
FUTBOL
“Barselona” yarımmüdafiəçisi Mark Bernala böyük ümidlər bəsləyir. Matc.az xəbər verir ki, tezliklə 17 yaşlı futbolçu ilə müqavilə 2029-cu ilə qədər uzadılacaq.
Dünən klub Bernalın valideynləri ilə birlikdə lazımi sənədləri tamamlayıb. Yeni müqaviləyə əsasən, təzminat 20 milyon avrodan 500 milyon avroya yüksələcək. Qeyd olunur ki, “Barselona” Bernalı Lamin Yamal və Pau Kubarsi ilə birlikdə ən istedadlı kəşflərdən biri hesab edir. Gənc yarımmüdafiəçi “yeni Serxio Buskets” hesab olunur.
Qeyd edək ki, Bernal hazırda çarpaz bağ və menisk zədəsini sağaldır. Onun bərpası təxminən bir il çəkəcək. Dayaq yarımmüdafiəçisi bu mövsüm La Liqada 3 matçda iştirak edib.