27 Sentyabr 2024, 16:20
FUTBOL
UEFA Avropa Liqasında Liqa mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu bəlli olub. Matc.az xəbər verir ki, “Lion”un futbolçusu Rayan Çerkinin qolu ən yaxşı seçilib.
Onun doğma meydanda "Olimpiakos"a vurduğu qol fərqləndirilib.
Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasında rəqiblərindən olan "Lion" sözügedən matçda 2:0 hesablı qələbə qazanıb.