İngiltərənin tanınmış futbolçusu Piter Krauç Avropa Liqasının I turunda keçirilən “Tottenhem” – “Qarabağ” oyununa münasibət bildirib. Matc.az xəbər verir ki, “Tottenhem”in yetirməsi olan sabiq hücumçu nəticənin oyuna görə olmadığını düşünür.

43 yaşlı mütəxəssis Azərbaycan çempionunun çox sayda qol imkanını qaçırdığını vurğulayıb: “Azərbaycan komandası inanılmaz şanslar yaratdı. “Qarabağ” başqa vaxt 2-3 qol vurardı. Bununla belə, “Tottenhem”in futbolçuları öz işlərini görərək 3 xal qazandılar”.

Qeyd edək ki, “Tottenhem” öz meydanında “Qarabağ” üzərində 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest