“Oyuna yüksək tempdə başlamağı planlaşdırmışdıq”. Matc.az xəbər verir ki, bunu “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının I tur oyunundan sonra mətbuat konfransında deyib.

Yunanıstanlı mütəxəssis qarşılaşmanı şərh edib: “Qarşılaşmanın əvvəlindəki qırmızı vərəqə planlarımıza daxil deyildi. Biz oyuna daha yüksək tempdə başlamağı planlaşdırmışdıq. Futolçumuz meydandan qovulana qədər ötürmələrlə passiv oynadıq və təəssüf ki, nəticədə Draquş buna görə cəzalandı. Daha sonra üstünlüyü ələ ala bildik. Qələbə qazanmağımıza baxmayaraq, startdan narazı qaldım”.
Qeyd edək ki, Avropa Liqasında II turun oyunları oktyabrın 3-də keçiriləcək.