27 Sentyabr 2024, 00:11
FUTBOL
Rusiyalı yarımmüdafiəçi Denis Çerışev "Panionis"in oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, Çerışev çıxış etdiyi İtaliyanın "Venesiya" klubundan 1 iyul 2024-cü ildə azad agent kimi ayrılıb. Bundan əvvəl futbolçu "Valensiya", "Vilyarreal", "Sevilya" və "Real"da çıxış edib.
Rusiya millisinin üzvü kimi Çerışev 33 oyun keçirib və 12 qol vurub