PSJ-nin baş məşqçisi Luis Enrike jurnalistlərlə ünsiyyət qurmaq istəmədiyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

"Əgər indi mənə desələr ki, media ilə ünsiyyət qurmamaq üçün sənəd imzalayacaqsan, amma buna görə maaşın 25 və ya 50 faiz azalacaq, bu sənədi imzalayaram", - deyə Enrike açıqlama verib.

Qeyd edək ki, ispan mütəxəssis 2023-cü ilin yayında Fransa nəhənginin baş məşqçi postuna təyin olunub. Ötən mövsümün sonunda PSJ Enrikenin rəhbərliyi altında Fransa çempionluğu ilə yanaşı, ölkə Kuboku və Superkubokunu da qazanıb.

PSJ cari mövsüm Liqa 1-də beş turundan sonra 13 xalla birinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest