PSJ-nin qapıçısı Canluici Donnarumma zədəsini sağaldıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" paylaşıb.

25 yaşlı qolkiper artıq komanda ilə məşqlərə başlayıb. 

Donnarumma zədə səbəbindən iki oyun buraxıb – "Reyms"lə və "Jirona" ilə görüşləri.

Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayından PSJ-də oynayır. O, bu müddət ərzində 118 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest