“Kristal Pelas”ın müdafiəçisi Mark Qehi karyerasını “Liverpul”da davam etdirə bilər. Matc.az xəbər verir ki, “qırmızılar” 24 yaşlı oyunçu üçün hərəkətə gəlib.

Mersisayd təmsilçisi onu mərkəz müdafiəçi Vircil van Deykə layiqli əvəzləyici kimi görür. “Liverpul” transferi mövsümün sonunda reallaşdırmaq niyyətindədi.

Qeyd edək ki, Mark Qehi bu mövsüm 7 oyun keçirib. Onun transfer qiyməti 38 milyon avro dəyərindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest