26 Sentyabr 2024, 11:49
FUTBOL
İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt “Everton”u çalışdıra bilər. Matc.az xəbər verir ki, onun namizədliyi klubun yeni sahiblərini maraqlandırır.
Bu həftənin əvvəlində idarə heyətinin sədri Den Fredkinin rəhbərlik etdiyi ABŞ-ın “Fredkin Group” şirkəti 94,1% səhm almaq barədə razılığa gəlib. Sabiq rəhbərliyin təxminən 400 milyon dollar qazandıracağı gözlənilən sövdələşmə hələ də Premyer Liqa, FA və Maliyyə Davranışı Təşkilatının tənzimləyicinin təsdiqini gözləyir.
Qeyd edək ki, “Everton” Premyer Liqada 5 oyunda 1 xal toplayıb və turnir cədvəlində sonuncu yerdədi.