26 Sentyabr 2024, 10:29
FUTBOL
ABŞ Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, “Los-Anceles” bu titula yiyələnib.
Adıçəkilən komanda finalda “Sportinq Kanzas Siti”dən üstün olub. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Əlavə vaxtda iki cavabsız qol vuran “Los-Anceles” 3:1 hesablı qələbə qazanaraq, ABŞ Kubokuna sahib çıxıb.