26 Sentyabr 2024, 10:11
FUTBOL
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun şərəfini qoruduğu “Radomyak” Polşa Kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb. Matc.az xəbər verir ki, adıçəkilən komanda “Qornik Zabrze”nin qonağı olub.

Qarşılaşmanın əsas vaxtı 0:0 hesablı bərabərliklə yekunlaşdığından, əlavə vaxt oynanılıb. 93-cü dəqiqədə qələbə qolunu vuran “Radomyak” 1:0 hesablı qalibiyyət sayəsində 1/16 finala yüksəlib.
Meydana start heyətində çıxan Rahil Məmmədov 120 dəqiqəni əvəzolunmadan keçirib.