Cari mövsüm La Liqanın bütün oyunlarında qələbə qazanan “Barselona” 21 xalla turnir cədvəlinə başçılıq edir.

“Barselona” yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Kataloniya klubu La Liqanın VII turunda “Xetafe” ilə oyunda buna nail olub.

Hans Flikin yetirmələri Robert Levandovskinin qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. “Barsa” bununla İspaniya çempionatlarında 6500-cü qola çatan ilk klub olub. Komanda bu müddətdə qapısından 3362 qol buraxıb.

Qeyd edək ki, cari mövsüm La Liqanın bütün oyunlarında qələbə qazanan “Barselona” 21 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest