Razılaşma 2026/27-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Şirkət 3 il müddətində komandanı içməli su ilə təmin edəcək.

"Neftçi" PFK "Badamlı" ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın ilk mineral süfrə suyu brendi olan "Badamlı" ölkənin ən köklü futbol klubu "Neftçi"nin su tərəfdaşı olacaq.

Razılaşma 2026/27-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Şirkət 3 il müddətində komandalarımızı içməli su ilə təmin edəcək.

"Neftçi" PFK-nın əsas komandasının oyun formalarında "Badamlı" loqosu əks olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest