25 Sentyabr 2024, 18:15
FUTBOL
"Əl-Hilal"ın baş məşqçisi Xorxe Jesus zədəli Neymarın vəziyyəti ilə bağlı sualı cavablandırıb.
Matc.az xəbər verir ki, Jesus Neymarın nə zaman tam sağalacağını bilmədiyini deyib.
"Neymar təkcə "Əl-Hilal" üçün deyil, bütövlükdə Səudiyyə Ərəbistanı Liqası üçün çox vacib oyunçudur. Lakin onun qayıdışı ilə bağlı dəqiq tarix deyə bilmərəm. Yanvarda onun vəziyyətini yenidən qiymətləndirəcəyik".
Çox güman ki, onun zədədən tam sağalması 2025-ci ilin yanvarından tez olmayacaq.
Qeyd edək ki, futbolçu 2023-cü ilin oktyabrında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay millisi ilə oyunda (0:2) zədələnib. Neymar kluba keçdikdən sonra cəmi 5 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.