25 Sentyabr 2024, 17:08
FUTBOL
Misli Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyununun yeri dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Bildirilib ki, “Liv Bona Dea Arena” stadionunun qazonunda aparılan renovasiya işləri ilə əlaqədar olaraq Naxçıvan təmsilçisi rəsmi müraciət ünvanlayıb. PFL-in təftişi və Əsasnamənin müvafiq bəndi ilə qarşılaşmanın Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena”da oynanılmasına qərar verilib.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 27 sentyabr saat 19:00-da başlanacaq.