25 Sentyabr 2024, 15:20
FUTBOL
“Napoli”nin əsas qapıçısı Aleks Meretin son durumu barədə açıqlama verilib. Matc.az xəbər verir ki, 27 yaşlı qolkiper A Seriyasının V turunda “Yuventus”la oyunda (0:0) zədələnib.
Meret həmin görüşün 36-cı dəqiqəsində Elia Kaprile ilə əvəzlənməli olmuşdu. Tibbi müayinənin nəticələrinə görə, Meretin sol budun uzun əlavəedici əzələsinin 2-ci dərəcəli zədələnməsi diaqnozu qoyulub. Qapıçı artıq müalicəyə başlayıb.
Qeyd edək ki, Aleks Meret bu mövsüm “Napoli”nin 6 oyununda çərçivəni qoruyuv, 4 qol buraxıb.