25 Sentyabr 2024, 13:57
FUTBOL
“Roma”, “Yuventus” və “Barselona” kimi klublarda oynamış Miralem Pyaniçin yeni klubu açıqlanıb. Matc.az xəbər verir ki, “Beşiktaş”ın sabiq yarımmüdafiəçisi karyerasını Rusiyada davam etdirəcək.
Belə ki, onun ÇSKA-da oynayacağı təsdiqini tapıb. 34 yaşlı futbolçu müqavilə bağlamaq üçün Moskvaya yollanıb. Pyaniç bu gün tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 1+1 illik sazişə qol çəkəcək.
Qeyd edək ki, Pyaniçin son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarja” klubu olub.