“Real”ın hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü 3 həftə komandasına kömək edə bilməyəcək.

25 yaşlı yeni transferə tibbi müayinədən sonra bu diaqnoz qoyulub. Onun sol budunda zədə aşkarlanıb. Mbappe La Liqanın VIII turu çərçivəsində sentyabrın 29-da “Atletiko”ya qarşı keçiriləcək Madrid derbisini buraxmalı olacaq.

Qeyd edək ki, Kilian Mbappe La Liqanın VII turunda “Alaves”lə (3:2) oyunda zədələnib.

***

Madrid "Real"ının heyətində ciddi itki baş verib. Matc.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Kilian Mbappe zədə alıb.

Fransalı hücumçu İspaniya çempionatının 7-ci turunda "Alaves"lə keçirilən oyunda (3:2) ayaq əzələsində ağrı hiss etdiyi üçün əvəzlənib.

Mbappenin zədəsinin nə dərəcədə ciddi olduğuna tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək. Bununla belə, onun "Atletiko" ilə keçiriləcək çempionat matçını buraxmaq ehtimalı böyükdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest