Ötən mövsüm İspaniyanın ən titullu klubları arasında keçirilən hər iki qarşılaşma 3:2 və 2:1 hesablı qələbə ilə "Real"ın qələbəsi ilə başa çatıb.

İspaniya çempionatının cari mövsümünün ilk "El Klassiko" oyunu oktyabrın 26-da baş tutacaq. "Real" "Barselona" arasında 11-ci turun oyunu "Santyaqo Bernabeu" (Madrid) stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matc.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

Madrid klubunun doğma arenasında baş tutacaq cavab qarşılaşması isə gələn ilin mayına təyin edilib. Ötən mövsüm İspaniyanın ən titullu klubları arasında keçirilən hər iki qarşılaşma 3:2 və 2:1 hesablı qələbə ilə "Real"ın qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, İspaniya La Liqasının 6-cı turundan sonra "Barselona" 18 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Real" isə 14 xalla ikincidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest