24 Sentyabr 2024, 16:43
FUTBOL
“Milan”ın keçmiş baş məşqçisi Fabio Kapello komandanın A Seriyasının 5-ci turunda “İnter”lə oyunu (2:1) haqda fikir bildirib. Matc.az xəbər verir ki, o, qələbədə əməyi olan futbolçuların adını çəkib.
“Temmi Abraham və Alvaro Moratanı çox bəyəndim. Təkcə cərimə meydançasında necə oynadıqları deyil, həm də necə pressinq tətbiq etməkləri, digər oyunçulara yer açmaqları xoşuma gəldi. “Milan” fədakarlıq sayəsində vacib qələbə qazandı”, - deyə F.Kapello bildirib.
Qeyd edək ki, “Milan” İtaliya çempionatının növbəti turunda “Leççe” ilə üz-üzə gələcək.