AFFA Gənclər Liqası və U-15 Liqasının oyunlarında baş verən neqativ hallar öz hüquqi qiymətini tapıb.
AFFA İntizam Komitəsinin iclasında Gənclər Liqası və AFFA U-15 Liqasının oyunlarında baş verən neqativ hallarla da bağlı hüquqi qiymət verilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.
“Kəpəz” PFK - “Turan Tovuz” FK oyunu bitdikdən sonra “Kəpəz”in futbolçusu Sənan Əliyev təcavüzkar davranışa (rəqibi sillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyunluq cəzalandırılıb. Qarşılaşma bitdikdən sonra “Turan Tovuz” FK komandasının futbolçusu Elcan Xəlilov təcavüzkar davranışa (rəqibi sillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyunluq cəzalandırılıb.
AFFA U-15 Liqasında keçirilən “Metak” FK - “Neftçi” PFK oyunu ərzində “Metak” FK komandasının cəzalı baş məşqçisi Mehman Səfərov və klubun nümayəndəsi Salman Səfərov yan xətt hakimini dəfələrlə təhqir etməsinə görə 5 oyunluq cəzalandırılıb. Matç bitdikdən sonra azarkeşlər meydana daxil olaraq yan xətt hakiminə təzyiq etməyə çalışdıqlarına görə “Metak” FK-ya xəbərdarlıq edilib.