Kamal Umudlu UEFA Gənclər Liqasının II turu çərçivəsində keçiriləcək “Ştutqart” (Almaniya) - “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq.

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

K.Umudlu UEFA Gənclər Liqasının II turu çərçivəsində keçiriləcək “Ştutqart” (Almaniya) - “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.

Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest