UEFA bu həftə keçiriləcək Avropa Liqasının I turunun ən diqqətçəkən oyunlarını açıqlayıb. Matc.az xəbər verir ki, qitə futbol qurumu Liqa mərhələsi çərçivəsində baş tutacaq görüşlərdən 5-ni fərqləndirib.
Maraqlıdı ki, izlənilməsi mütləq olan görüşlər arasında “Qarabağ”ın səfərdə “Tottenhem”lə qarşılaşması da yer alıb. UEFA azarkeşlərə Londonda təşkil olunacaq oyunu mütləq izləməyi məsləhət görüb. “Tottenhem”in İngiltərə Premyer Liqasında mövsümə uğursuz start götürməsi, “Qarabağ”ın isə inkişafda olduğu vurğulanıb.
İzlənilməsi tövsiyə edilən digər oyunlar “Mançester Yunayted” – “Tvente”, “Qalatasaray” – PAOK, “Ayaks” – “Beşiktaş” və “Roma” – “Atletik” görüşüdü.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı ayın 26-da keçiriləcək.