Misli Premyer Liqasının VII turunda “Araz-Naxçıvan”la oyunda sifətindən xəsarət alan “Turan Tovuz”un müdafiəçisi Roderik Millerin durumuna aydınlıq gəlib. Tovuz klubundan Matc.az saytına verilən məlumata görə, 32 yaşlı müdafiəçi tibbi müayinədən keçib.

Panama millisinin üzvünün üzündə çapıq və sinus sümüyünün üst nahiyəsində sınıqlar aşkarlanıb. Futbolçunun müalicəsinə başlanılıb. Onun növbəti turda meydana çıxıb-çıxmayacağı sual altındadı.

Qeyd edək ki, “Turan Tovuz”un evdə 1:2 hesabı ilə məğlub olduğu görüşün 13-cü dəqiqəsində “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado ayağı ilə Roderik Millerin sifətinə zərbə vurub və nəticədə müdafiəçi mübarizəni davam etdirə bilməyib. Matçın baş hakimi Elçin Məsiyev isə Maçadoya sarı vərəqə göstərməklə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest