“Qarabağ”ın Avropa Liqasının I turunda “Tottenhem”lə keçirəcəyi oyunun təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, Londondakı görüş Fransadan olan hakimlərə həvalə olunub.

Matçda ədalət təmsilçisi Villi Delajod olacaq. Ona Ervan Finyean və Filipp Jann köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. Benoi Millo VAR, avstriyalı Alan Kiyas isə AVAR kimi çalışacaq.

Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest