24 Sentyabr 2024, 10:28
FUTBOL
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Matc.az xəbər verir ki, millimiz “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.
Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.