23 Sentyabr 2024, 16:20
FUTBOL
Avropa Liqasının Liqa I turunda “Qarabağ”ı qəbul edəcək “Tottenhem”in heyətində itkilər var. Matc.az xəbər verir ki, İngiltərə klubunun 3 futbolçusu Londondakı qarşılaşmanı buraxacaq.
Bunlar Uilson Odobert, Rişarlison və Kristian Romerodu. Sonuncu cəza, digərləri zədə səbəbindən Liqa mərhələsinin ilk turunda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, “Tottenhem” - “Qarabağ” görüşü sentyabrın 26-da baş tutacaq.