23 Sentyabr 2024, 16:01
FUTBOL
“Barselona” qapıçısı Mark-Andre ter Ştegeni uzun müddətə itirib. Matc.az xəbər verir ki, Almaniya millisinin üzvü üçün mövsüm indidən başa çatıb.
Buna səbəb ulduz futbolçunun La Liqanın VI turunda “Vilyarreal”a (5:1) matçda zədələnməsidi. Birinci hissənin sonlarında yerə yıxılan qolkiper meydanı xərəkdə tərk edib. 32 yaşlı ter-Ştegen yaxın müddətdə əməliyyat olunacaq.
Onun ən azı 8 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.