23 Sentyabr 2024, 15:58
FUTBOL
Futzal üzrə Azərbaycanın Yüksək və I Liqalarında yay “transfer pəncərəsi”nin müddəti uzadılıb. Matc.az verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iştirakçı komandalar heyətlərinə qatdıqları yeni oyunçuları oktyabrın 10-u, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, yay “transfer pəncərəsi”nin müddəti daha əvvəl sentyabrın 20-nə qədər idi.