“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin debütünü dəyərləndirib. Matc.az xəbər verir ki, II Bundesliqa klubunun çalışdırıcısı yığmamızın üzvündən razılıq bildirib.

Kloze 27 yaşlı forvardın yalnız fiziki cəhətdən tam hazır olmadığını söyləyib: “Mahir “Herta” ilə görüşdə topla çox yaxşı işləyirdi. Meydanda olduğu müddətdə yaxşı təsir bağışladı. Ancaq fiziki göstəricilərini yaxşılaşdırmaq üçün çalışmalıdı”.

Qeyd edək ki, Mahir Emreli çempionatın VI turda “Herta”ya 0:2 hesabı ilə məğlub olduqları görüşün 39-cu dəqiqəsində meydana daxil olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest