“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri yarım il yaşıl meydanlardan uzaq qalacaq. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı yarımmüdafiəçinin dizinin çarpaz bağlarında yırtıq aşkarlanıb. İspaniya millisinin üzvü Premyer Liqanın V turunda “Arsenal”a (2:2) görüşdə zədələnib.

Qeyd edək ki, Rodri bu il Avropa çempionu olan İspaniya millisinin aparıcı üzvü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest