23 Sentyabr 2024, 13:56
FUTBOL
Futbol üzrə Avstraliya millisinin yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, bu posta İngiltərənin “Kristal Pelas” klubunun sabiq futbolçusu Toni Popoviç təyin olunub.
Onunla 2 illik müqavilə imzalanıb. Popoviç bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib.
Qeyd edək ki, Popoviç 5 il “Kristal Pelas”da oynadıqdan sonra bu komandanın məşqçilər korpusunda yer alıb. O, 2021-2024-cü illərdə Avstraliyanın “Melburn” klubunu çalışdırıb.