23 Sentyabr 2024, 11:18
FUTBOL
Avropanın top klublarının növbəti reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, qitənin 400 komandasının yer aldığı siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.
278 xala malik “Qarabağ” 63-cü pillədə yer alıb. “Neftçi” 250-ci, “Sabah” 277-ci, “Zirə” isə 279-cu pillədə yer alıb.
“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində ilk oyununu keçirəcəyi “Tottenhem” cədvəldə 23-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya Madrid “Real”ı başçılıq edir. “Qalaktikos”un 2389 xalı var.