"TV2 Sport" kanalı Norveç idmançılarının ölkə sakinləri arasında populyarlığını əks etdirən statistika dərc edib.

"TV2 Sport" kanalı Norveç idmançılarının ölkə sakinləri arasında populyarlığını əks etdirən statistika dərc edib.

Matc.az xəbər verir ki, reytinqdə 400 metr məsafəyə maneələrlə qaçışda 2020-ci ilin Olimpiya çempionu Karsten Uorholm başçılıq edir.

Maraqlıdır ki, dünya futbol ulduzu, İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holand təqdim olunan reytinqdə yalnız altıncı olub. Digər məşhur futbolçu, London "Arsenal"ının yarımmüdafiəçisi Martin Odeqard ikinci yeri tutub.

2024-cü ilin avqustuna Norveçdə ən populyar idmançılar (2024-cü ilin yanvar ayı üçün faizlər mötərizədə göstərilib):

1. Karsten Uorholm - 35% (37).
2. Martin Odegaard - 25% (23).
3. Yohannes Boe - 20% (26).
4. Birgit Skarstein - 19% (21).
5. Marcus Ruth - 17% (yeni).
6. Erlinq Haaland - 17% (21).
7. Yohannes Klebo - 16% (18).
8. Yakob İnqebrigtsen - 16% (15).
9. Kasper Ruud - 13% (15).
10. Maqnus Karlsen - 12% (14).

Qeyd edək ki, əhali arasında sorğu 2024-cü ildə Paris Olimpiadasından dərhal sonra aparılıb və bu, nəticələrə təsir edə bilərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest