Almaniya millisinin idman direktoru Rudi Föller yığma ilə bağlı açıqlama verib.

Almaniya millisinin idman direktoru Rudi Föller yığma ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, alman mütəxəssis Yulian Naqelsmanı Bundestimin baş məşqçisi postunda nəzəri olaraq kimin əvəz edə biləcəyi sualını cavablandırıb.

"Əgər Yulian Naqelsman nə vaxtsa Avropanın və ya Almaniyanın aparıcı klubunu çalışdırmağın daha məqsədəuyğun olacağına qərar versə, təbii ki, biz Yurgen Kloppun namizədliyini nəzərdən qaçırmayacağıq.

Klopp uzun müddət Almaniyadan kənarda işləyib. Təbii ki, onu yüksək qiymətləndirirəm. Yurgen Kloppun inanılmaz karyerası olub", - deyə Föller bildirib.

Qeyd edək ki, Klopp hazırda heç bir komandanın məşqçisi deyil. Ötən yay almaniyalı mütəxəssis "Liverpul"dan ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest