Münhen "Bavariya"sının futbolçuları cari mövsümün uğurlu başlamasına baxmayaraq, komandanın baş məşqçisi Vinsent Kompaninin bəzi hərəkətlərindən narazıdırlar.
Matc.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.
Bildirilir ki, Kompaninin qarşılaşmanın keçirilməsinə bir gün qalmış futbolçulara telefonla mesaj göndərərək qarşıdakı oyun üçün start heyəti açıqlaması futbolçuların xoşuna gəlmir. Həmçinin, oyunçular Kompaninin komanda rotasiyasına yanaşmasını həmişə başa düşmürlər, məsələn, bəzi matçlarda təcrübəli komanda üzvlərinin hansı səbəbdən ehtiyat oyunçular skamyasında başladığını.
Xatırladaq ki, Vinsent Kompani 2024-cü ilin mayında "Bavariya"ya baş məşqçi təyin olunub. Almaniya klubu yeni baş məşqçinin rəhbərliyi altında bu mövsüm məğlubiyyətlə üzləşməyib.