"Barselona" 36 yaşlı hücumçusu Robert Levandovskinin yerinə yeni mərkəz hücumçusu tapmağa çalışır. Madrid rəhbərliyi yeni oyunçunun uzun illər bu mövqedə oynamasını istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu hazırda üç hücumçuya diqqətlə baxır: "Mançester Siti"nin hücumçusu Erlinq Haaland, "Sportinq"in futbolçusu Viktor Qyokeres və "RB Leypsiq"in futbolçusu Benjamin Şeşko.

Klubun maliyyə vəziyyətinin qeyri-sabit olması səbəbindən Qyokeres və ya Şesko ilə müqavilə bağlamaq variantının Haalandla müqayisədə daha real olduğu vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest