“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq cinah oyunçusu Markus Reşfordla münaqişəsi olduğunu və bu səbəbdən ingilis futbolçunun 5-ci turun matçında start heyətində meydana çıxmadığını düşünən ekspertlərin fikrinə cavab verib.

Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis Premyer Liqanın "Kristal Pelas"la qarşılaşmasından (0:0) sonra jurnalistlərə bu barədə açıqlama verib.

"Mən artıq ekspertlərdən oxşar fərziyyələri eşitmişəm. Bu dəlilikdir. Əsl vəziyyəti bilmədən belə fərziyyələr irəli sürməyiniz tamamilə düzgün deyil. Bu sadəcə rotasiyadır. Mən Markusun etdiyi hər şeydən çox razıyam", - deyə Ten Haq bildirib.

Qeyd edək ki, Reşford "Kristal Pelas"la matçın 61-ci dəqiqəsində meydana daxil olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest