UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" İngiltərə Premyer Liqasının V turunda "Brentford"u qəbul edib.

Matc.az xəbər verir ki, qarşılaşma London klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra "Tottenhem" turnir cədvəlində 7 xalla 10-cu yerdədir. Turnirə 12 xalla "Liverpul" (5 oyun) başçılıq edir. 

Qeyd edək ki, "Qarabağ"ın "Tottenhem"lə oyunu sentyabrın 26-da Londonda keçiriləcək.

"Tottenhem" "Brentford" - 3:1
Qollar:
 Mbeumo, 1 (0:1), Solanke, 8 (1:1), Conson, 28 (2:1), Maddison, 85 (3:1)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest