Misli Premer Liqasının 7-ci turunun "Turan Tovuz" – "Araz-Naxçıvan" oyunu zamanı mübahisəli vəziyyət baş verib. 

Matc.az xəbər verir ki, 13-cü dəqiqədə qonaqların futbolçusu Ramon Maçado "Turan Tovuz"un oyunçusu Roderik Millerə qarşı kobud oynayıb. 

Onun ayaq zərbəsi rəqibin başına dəyib.

Baş hakim, FİFA referisi Elçin Məsiyev bu epizoda görə Maçadoya sarı vərəqə göstərib. "Turan Tovuz" isə hakimdən qırmızı vərəqə gözləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest