"Neftçi" tarixinin antirekorduna imza atıb.

Matc.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.

Bu, Misli Premyer Liqasının cari mövsümündə gerçəkləşib. 7-ci turda "Qarabağ"a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun komandası startdakı 7 oyunda qələbə qazanmayıb.

"Ağ-qaralar" bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.

Qeyd edək ki, "Neftçi" 7 turdan sonra 4 xal toplayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest