“Milan”ın baş məşqçi Paulo Fonsekanı istefaya göndərmək istəmə səbəbi müəyyənləşib. Matc.az xəbər verir ki, sən demə çalışdırıcının idman direktoru Zlatan İbrahimoviçlə münasibətləri son vaxtlar pisləşib.

İsveçli klub rəsmisi portuqaliyalı mütəxəssisin mətbuat konfranslarındakı sözlərindən narazıdı. Fonseka İbrahimoviçin onun iştirakı olmadan bazada futbolçularla əlaqə saxlamasından şikayətlənib.

Artıq Fonseka ilə yolları ayırmağa hazırlaşan “Milan” baş məşqçi postuna namizədləri də müəyyənləşdirməklə məşğuldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest