17 Sentyabr 2024, 16:35
FUTBOL
Beynəlxalq Futbol Federasiyası Tarixi və Statistikası (İFFHS) İspaniya La Liqasında əvəzetmədən oyuna daxil olaraq, ən çox qol vuran futbolçuların adlarını dərc edib.
Matc.az xəbər verir ki, siyahıya “Jirona”nın hücumçusu Kristian Stuani başçılıq edir. 37 yaşlı oyunçu ölkə çempionatının V turunun “Barselona” ilə görüşündə 69-cu dəqiqədə meydana daxil olub, 80-ci dəqiqədə fərqlənməklə bu göstəricidə qollarının sayını 28-ə çatdırıb. Onunla eyni sayda qolu 1982-2000-ci illərdə çıxış edən Xulio Salinas vurub.
Argentinalı superulduz Lionel Messi nadir hallarda “Barselona”nın heyətində əvəzetmədən oyuna daxil olsa da, onun aktivində 27 qol var və üçüncüdü.