17 Sentyabr 2024, 14:48
FUTBOL
“Napoli” hücumçusu Xviça Kvaratsxeliya ilə müqaviləni yeniləmək istəyir. Matc.az xəbər verir ki, bunu İtaliya klubunun idman direktoru Covanni Manna açıqlayıb.
O bildirib ki, Gürcüstan millisinin üzvü ilə danışıqlar aparılır: “Onun növbəti 3 il üçün müqaviləsi var. Kvara ilə maraqlanan klublar olsa da, biz əməkdaşlığı davam etdirmək istəyirik. Sözləşmənin yenilənməsi ilə bağlı menecerlərlə danışıqlar aparılır”.
Qeyd edək ki, 23 yaşlı forvardın neapollularla müqaviləsi 2027-ci ilin yayına qədərdi. Kvaratsxeliya bu mövsüm 5 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.